Dəbdəbəli toyları tənqid etmişdi: “Əndazəni aşır...”

saytların hazırlanması

Evə çatdırılma

Dəbdəbəli toyları tənqid etmişdi: “Əndazəni aşır...”

Sosial

07 Yanvar 2026 11:54 1558


Xəbər verdiyimiz kimi, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğluna Dubayda toy edib.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, mərasim Dubayın məşhur “Ritz-Carlton” otelində baş tutub. Hasil Nurullayev tikinti sahəsində tanınmış maqnatdır.

Toy məclisi böyük dəbdəbəsi ilə gündəmə gəlib. Dördpendirli pizza

Məsələnin maraqlı olan tərəfi odur ki, cəmi 15 gün əvvəl Razi Nurullayev Milli Məclisin tribunasından dəbdəbəli toy mərasimlərini, bu məclislərdə israfçılığı sərt şəkildə tənqid edib.

Sitat: “Etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir.

İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır”.

R. Nurullayev bu çıxışından sonra İctimai TV-nin efirində də eyni fikirləri səsləndirib, dəbdəbəli toyları tənqid edib, hətta belə məclislərə ictimai qınaq olması haqda çağırış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eldəniz Əliyev
    RAZİ Müəllim düz danışır
    4 months ago