Hindistanda daha bir qəribə hadisə baş verib.
“Yeni Sabah” “The Hindu” nəşrinə istinadən xəbər verir ki, ölmüş qadın dəfn mərasimi zamanı dirilib. Bildirilir ki, qeyri-adi hadisə Malati Çuqule adlı 55 yaşlı qadının başına gəlib.
Belə ki, bədən temperaturu yüksələn xanım xəstəxanaya aparılıb. M. Çuqule yüksək hərarətdən huşunu itirib və bir neçə saatdan sonra həkimlər onun öldüyünü bildiriblər. Sezar pizza
Evinə gətirilən qadın isə dəfn mərasimi zamanı ayılaraq ayağa qalxıb. Onu görən mərasim iştirakçıları, qohumları isə təşvişə düşüb. Yerli əhali bunu möcüzə hesab edirlər. Lakin onlar arasında bu hadisəni “komadan ayılma” adlandıraraq normal hesab edənlər də var.
Telegram kanalımız