Dəfn mərasimində ŞOK: 83 yaşlı "ölü" qəfl dirildi

saytların hazırlanması

Evə çatdırılma

Dəfn mərasimində ŞOK: 83 yaşlı "ölü" qəfl dirildi

Dünya

22 Fevral 2020 17:52 1449


83 yaşlı ukraynalı Kseniya Didux qohumlarının onun dəfninə hazırlaşdığı ərəfədə "dirilib". "Yeni Sabah" xəbər verir ki, insident Vinnitski vilayətində qeydə alınıb. Pensiyaçı qadın 10 saat həyat əlamətləri olmadan yataqda qalıb. Həkimlər onun nəbzini və qan təzyiqini yoxlayıblar. Xüsusi cihazlar heç nə göstərməyiblər. Qadının öldüyünə əmin olmaq üçün həkimlər kardioqrammasını da ediblər və birbaşa xətt çıxıb. O zaman qohumlarına dəfnə hazırlaşmalarını deyiblər. Doğmaları dəfnə hazırlaşıb. Artıq bir cənazə və dəfndən sorakı yemək də sifariş edilib. Bu azmış kimi qəbir də qazılıb. Qadını yalnız dəfn etmək qalıb. Lakin bu an pensiyaçıda həyat əlamətləri görülüb. Həkimlərin sözlərinə görə, ukraynalı xanım iki dəfə kliniki ölüm keçirib. Məhz bu səbəbdən xüsusi cihazlar onun öldüyünü göstəriblər. Hazırda qadının vəziyyəti yaxşıdır. Dəfn mərasimi ləğv olunub. /Lent.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!