Təxminən bir həftədir itkin düşən 21 yaşlı futbolçu Erik Birigittinin akulaların hücumuna məruz qaldığı ortaya çıxıb.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, “Hastings College” komandasının üzvü Avstraliyada dostları ilə üzməyə gedib və bundan sonra bir həftədir ondan xəbər alınmayıb. Avstraliya mediasının verdiyi xəbərlərə görə Erik Birigittinin sahildə olduğu gün həmin ərazidə böyük akulaların olduğu müşahidə olunub.
Həmçinin, hadisəni görən Alison Valker adlı şəxs “9 News” adlı kanala açıqlama verib. O, bildirib ki, bacım və atam futbolçuya akulaların hücum etdiyini görüb. pizza hut
Məlumatda bildirilir ki, hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Futbolçunun qalıqlarını tapmaq mümkün olub.
Telegram kanalımız