Dəfələrlə dodaq böyütmə əməliyyatı keçirən qadının dodağı çürüməyə başlayıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Antalyada baş verib.
Songül Uzunoğlu adlı qadın 4 dəfə dodaq böyütmə əməliyyatı etdirib. Buna görə onun alt dodağı və ağızının içi çürüyüb. pizza mizza
Aşpazlıq edən 3 uşaq anası S.Uzunoğlu gözaltı torbalarından qurtulmaq üçün rəfiqələrinin məsləhəti ilə ötən ilin fevral ayında estetik mərkəzinə gedib. Sonra da qarın nahiyəsindən alınan yağı üzünə dolğu kimi istifadə ediblər. Bu dolğunun 2 il qalıcılıq müddəti olduğunu desələr də, dolğu qısa zaman ərzində yox olub. 41 yaşlı qadın buna görə yenidən 3 dəfə əməliyyat etdirməli olub.
Alt dodağının büyük hissəsini itirən Songül Uzunoğlu həkimlər tərəfindən yenidən əməliyyat olunacaq. Lakin həkimlər onun dodağını tamamilə əvvəlki halına qaytarmağın mümkün olmadığı bildiriblər.
Əsmətxanım
Telegram kanalımız