Dəhşətli hadisə: Son sözü “Ana, mən ölürəm” oldu

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli hadisə: Son sözü “Ana, mən ölürəm” oldu

Kriminal

12 Fevral 2020 04:23 2840


20 yaşlı gənc evində oturub sevgilisi ilə mesajlaşdığı yerdə evin çölündən maskalı bir şəxs tərəfindən güllələnib.

Dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb. Bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, Niyazi Ustahüseyn axşam evinə gəlib, bir müddət sonra isə öz otağına keçərək sevgilisi ilə mesajlaşmağa başlayıb. Bu zaman çöldən yaxınlaşan naməlum şəxs  silahı pəncərəyə doğruldaraq atəş açmağa başlayıb, sonra isə hadisə yerindən qaçıb. Dominos pizza

Ağır yaralan Niyazi sürünərək yan otağa keçib və “Ana, mən ölürəm”, - deyib, huşunu itirib. Dəhşətə düşən ailə polis və təcili yardıma xəbər edib. Gənc xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq ölüb.

Ana Zeynəb Ustahüseyn oğlunun qanının yerdə qalmamasını istəyib: “Hadisə baş verəndə o biri otaqdaydım. Oğlum burda oturub mesajlaşırdı. Biri gəlib oğluma atəş açır. Bunlar bir-iki nəfər deyil, dəstədirlər. Bağçadan giriblər, oğlumu pəncərədən izləyiblər, onun kresloda oturduğunu görüblər, sonra isə 5 dəfə atəş açıblar. Qanlar içində özünü çölə atdı, “Ana, mən ölürəm”, - dedi. Övladımı itirdim. Mən necə ağrı yaşayıramsa, Allah onlara da yaşatsın”, - deyib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!