Dəhşətli virus Gürcüstana da gəlib çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli virus Gürcüstana da gəlib çıxdı

Dünya

28 Yanvar 2020 13:21 1584


Gürcüstanın Kaxeti bölgəsində olan 22 yaşlı Çin vətəndaşı koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

"Yeni Sabah" xəbər verir ki, o, respirator infeksiya simptomları ilə tibb müəssisəsinə müraciət edib.

Çinli qadının hansı virusa yoluxması hələ ki məlum deyil. Onun vəziyyəti ilə bağlı təhlükəli bir şeyin olmadığı bildirilib. Dominos pizza

Həkimlərin sözlərinə görə, Çin vətəndaşı ev şəraitində müalicəsini davam etdirir və nəzarət altına alınıb.

Qadının virusun episentri olan Uhan şəhərindən deyil, Çinin digər bölgəsindən Gürcüstana gəldiyi bildirilib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!