Delsi Rodriqes Venesuelanın müvəqqəti prezidenti kimi and içdi

saytların hazırlanması

Evə çatdırılma

Delsi Rodriqes Venesuelanın müvəqqəti prezidenti kimi and içdi

Dünya

06 Yanvar 2026 00:44 580


Delsi Rodriqes Karakasda ölkənin Milli Assambleyasında Venesuelanın müvəqqəti Prezidenti vəzifəsinə and içib.

"Yeni Sabah" xəbər verir ki, parlament andiçməni canlı yayımlayıb.

"Mən Venesuela Bolivar Respublikasının konstitusiya ilə Prezidenti Nikolas Maduro Morosun icraçı vitse-prezidenti kimi and içmək üçün bura gəldim. Bunu vətənimizə qarşı qanunsuz hərbi təcavüz nəticəsində Venesuela xalqına vurulan əzab-əziyyətə görə ağrı ilə edirəm", - Rodriqes mərasimdə bildirib. Sezar pizza

Səlahiyyətli şəxs Maduronu və onun həyat yoldaşı Siliya Floresi ABŞ-də girov saxlanılan qəhrəmanlar adlandırıb.

"Şərəfimlə and içirəm ki, Venesuelanın azad, suveren və müstəqil bir millət kimi öz arzusuna çatdığını görənə qədər dayanmayacam", - o deyib.

Daha əvvəl Venesuela Ali Məhkəməsi vitse-prezident D.Rodriqesi müvəqqəti dövlət başçısı təyin edib. Bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 3 yanvar 2026-cı il tarixində baş verən xarici hərbi təcavüz və Venesuelanın konstitusiyalı Prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar qəbul edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!