“Demokratiya və avtokratiyanın mübarizəsi gedir“ - Bayden

saytların hazırlanması

Evə çatdırılma

“Demokratiya və avtokratiyanın mübarizəsi gedir“ - Bayden

Siyasət

04 May 2022 10:15 269


"Dünyada demokratiya ilə avtokratiya arasında mübarizə gedir".

Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, bunu prezident Co Bayden deyib.

Ağ Evin rəhbəri Ukrayna ilə Rusiya arasında mübarizədə amerikalıların, o cümlədən Alabamadakı zavodda çalışan kişi və qadınların oynadığı xüsusi rolu vurğulayıb. Təxminən 600 nəfərin çalışdığı zavod son 20 ildə 50 mindən çox "Javelin" raketi istehsal edib. Marqarita pizza

"Ukraynalıların mübarizəni davam etdirə bilmələrinin və bu müharibəni Rusiya üçün strateji məğlubiyyətə çevirə bilmələrinin əsas səbəblərindən biri ABŞ, müttəfiqləri və tərəfdaşları onun arxasında dayanmasıdır. Təkcə ABŞ Ukraynaya 5500 "Javelin" göndərib", - deyə Co Bayden vurğulayıb.

"İndi biz tarixin dönüş nöqtəsindəyik. Dünyada avtokratiya ilə demokratiya arasında döyüş gedir. Çin lideri Si Zinpin bunu açıq şəkildə ifadə edib: “21-ci əsrdə demokratiya davam etdirilə bilməz, çünki hər şey çox tez dəyişir: demokratiyalar qərarların qəbulu zamanı konsensus tələb edir və buna görə də onlar hadisələrlə ayaqlaşmırlar. Zarafat etmirəm, bu onun sözləridir. Amma bu, heç də belə deyil: sizin sayənizdə, əgər istəsəniz, demokratiya və avtokratiya arasında döyüşdə Ukrayna xalqı özünü müdafiə etmək və Amerika əsgərlərinin Rusiya ilə döyüşməsi riskindən xilas etmək imkanı əldə edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!