“Demoqoqluq etmək lazım deyil” – Onları cərimə gözləyir

saytların hazırlanması

Evə çatdırılma

“Demoqoqluq etmək lazım deyil” – Onları cərimə gözləyir

Kriminal

18 Mart 2020 13:30 879


Koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar olaraq, bəzi şəxslər bundan istifadə edir, əsassız yerə insanlarda təşviş və ajiotaj yaradır. Xüsusilə, sosial şəbəkələrdə bununla bağlı əhalini qorxuya salan səs yazıları, statuslar paylaşılır.

Bəs, insanlarda əsassız yerə təşviş yaradan şəxslərlə bağlı hansı hüquqi tədbirlər görülməlidir?

Bu barədə Yenisabah.az-a danışan hüquq müdafiəçisi, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, həmin şəxslərə cərimə tətbiq ediləcək: Toyuqlu pizza

“Dünən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun”a dəyişikliklər edildi. Eyni zamanda, həm  Cinayət Məcəlləsində, həm də İnzibatı Xətalar Məcəlləsində müvafiq dəyişikliklər ediləcək. Burada karantin qaydalarının pozulması ilə yanaşı, həm də koronavirusla bağlı şayiə xarakterli məlumatları yayan şəxslər haqqında müvafiq cəzalar müəyyənləşəcək. 

İnsanları həyəcana gətirən, onların səhhətinə əhəmiyyətli dərəcədə ziyan vuranlar barədə məsuliyyət normaları daha da ciddiləşəcək. Bu qərarlar həmin şəxslərin sözgedən yalan məlumatları harada yaymasından asılı olmayaraq veriləcək. 

Cəzalar isə yayılan məlumatın xarakterindən asılı olacaq.  Qanunda bununla bağlı boşluqlar vardı, artıq bu boşluğun aradan qaldırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Beləliklə, həm Kütləvi İnformasiya Vasitələrində, həm sosial şəbəbəklərdə heç bir hüquqi əsası olmayan məlumatlara yol verilməyəcək. 

Cərimələrin tətbqi ediləcəyi də təbii, gözlənilir. Buna görə insanlar gərək, bu tip məsələlərdə diqqəti olsun. Ümumiyyətlə, hər bir insanın sosial məsuliyyəti olmalıdır. Fikir vermək lazımdır, bu cəmiyyətə nə qədər xeyir, nə qədər ziyan gətirə biləcək paylaşımdır? Buna uyğun olaraq həmin xəbəri yaymaq olar. Əlbəttə, informasiya azadlığı var. Amma informasiya azadlığına istinad edib demoqoqluq etmək lazım deyil. Bunun da bir həddi var. İnformasiya azadlığı insan hüquq və azadlıqlarına ciddi zərbə vurmalı deyil”.

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!