İnternet məşhuru Den Bilzeryan da ABŞ prezidenti olmaq istəyir.
"Yeni Sabah" bildirir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcək.
Məşhur realiti-şou ulduzu Kim Kardaşyanın əri Kanye Uestin də prezidentliyə namizəd olacağını xatırladan Den Bilzeryan “Kanye Hilari Klintondan daha yaxşı namizəddir. Mən özüm də namizədəm”, - deyə bildirib. pizza mizza
Qeyd edək ki, 38 yaşlı Den Bilzeryanın nə işlə məşğul olduğu doğru-düzgün bilinməsə də, onun yaxşı poker oynadığı və bu yolla milyonlar qazandığı bildirilir. O, "Instagram"da gözəl qızlarla paylaşdığı şəkillərlə məşhurlaşıb.




Sabrina Eldarqızı
Telegram kanalımız