Dənizdə batma təhülkəsi ilə üzləşən üç nəfər xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə batma təhülkəsi ilə üzləşən üç nəfər xilas edildi - Video

Hadisə

01 İyul 2023 09:07 1044


Astara şəhər çimərliyi ərazisində üç nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Astara şəhər çimərliyi ərazisində 3 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Sezar pizza

Məlumatla əlaqədar dərhal hadisə yerinə yaxınlıqda xidmət aparan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü İsmayıl Əsgərov, 1996-cı il təvəllüdlü Şiraz Qəribov və 1996-cı il təvəllüdlü Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!