“Dənizə axıdılan sularda zərərli maddələrin miqdarı normadan artıqdır“

saytların hazırlanması

Evə çatdırılma

“Dənizə axıdılan sularda zərərli maddələrin miqdarı normadan artıqdır“

Sosial

27 Fevral 2019 19:04 746


“Xəzər dənizinin şimal  və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən  müəssisələrdə formalaşan tullantı sularından götürülmüş analizlərin nəticələri göstərir ki, dənizə axıdılan bu sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib. 

“Ən çox çirkləndiricilər ictimai iaşə obyektlərində formalaşan təsərrüfat-məişət mənşəli tullantı sularıdır. Aparılan monitorinqlər zamanı iri müəssisələrdə formalaşan istehsalat və məişət tullantı sularının təmizlənmədən çaylar vasitəsilə və birbaşa dənizə axıdıldığı məlum olub.  pizza hut

Apardığınız analizlərin nəticələrinə görə, Xəzər dənizi Abşeron yarımadasında məişət tullantı suları və neft məhsulları, bölgələrdə isə daha çox məişət tullantı suları ilə çirkləndirilir. Axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib”.

Ə.Həsənov monitorinqlərin nəticələrindən də söz açıb:

“Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılıb, müəssisə sahiblərinə atılmaların qarşısının alınması məqsədilə müasir təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq-bildiriş məktubları göndərilib. Şimal bölgəsində fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektləri tövsiyə və bildirişləri nəzərə alaraq müasir təmizləyici qurğular quraşdırıblar. Əksəriyyətində isə bu istiqamətdə tədbirlər görülməyib. Onlarla izahat işlərimizi davam etdiririk. Məqsədimiz daha çox izahat yolu ilə çirkləndiriciləri dənizimizi və su hövzələrimizi birgə qorumağa cəlb etməkdir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!