Deputat “Binə” və “Sədərək” sahiblərini ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat “Binə” və “Sədərək” sahiblərini ittiham etdi

Sosial

30 May 2019 11:26 1321


““Binə” və “Sədərək” ticarət şəbəkəsində 7-8 min mağaza mövcuddur. Bu, təxminən, 30 minə yaxın vətəndaşı, işçini əhatə edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

“Bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir. Bu ona bənzəyir ki, bina tikilir verilir sakinə sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Bu mağazaların mülkiyyət hüququ qadına məxsusdur. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!