Deputat: Məktəblilərə dənə-dənə siqaret satılır

saytların hazırlanması

Evə çatdırılma

Deputat: Məktəblilərə dənə-dənə siqaret satılır

Sosial

16 Dekabr 2025 15:54 382


“Tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim qanunlarımız var. Təəssüf ki, bu qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, onun işləməsi haqqında o sözləri deyə bilmirik”.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında Qanun"a təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.

"Qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Hətta məktəblərin lap yaxınlığında da siqaret köşkləri qoyulub, onlara dənə-dənə siqaretlər satılır”, - Musa Quliyev əlavə edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!