Deputat Operativ Qərargaha çağırış etdi:   Vaksinasiyanı gücləndirmək lazımdır

saytların hazırlanması

Evə çatdırılma

Deputat Operativ Qərargaha çağırış etdi: Vaksinasiyanı gücləndirmək lazımdır

Sağlamlıq

09 Mart 2021 14:08 813


"Hazırda əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərar verəcəyi ilə bağlıdır".

Yenisabah.az-ın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib.

Deputat iş yerlərinin yeni açılmasına diqqət çəkib: "İnsanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. Vətəndaşlar yenidən qapanma olacağından qorxurlar. Hesab edirəm ki, əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir". pizza sifarişi

F.Mustafa Novruz bayramı öncəsi qiymətlərin bahalaşdığını deyib: "Başa düşürəm ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək lazımdır. Ancaq rayonlara gediş-gəlisi bağlamaq doğru deyil. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!