Deputat: Rusiya ABŞ-yə və Avropaya zərbə endirməlidir

saytların hazırlanması

Evə çatdırılma

Deputat: Rusiya ABŞ-yə və Avropaya zərbə endirməlidir

Dünya

08 Yanvar 2026 09:41 383


Rusiya ordusu Atlantik okeanında Rusiya bayrağı altında üzən “Marinera” tankerini ABŞ ordusu tərəfindən ələ keçirməsinə cavab olaraq, Amerika gəmilərini batırmağa və Avropaya “Oreşnik” raketləri ilə zərbələr endirməyə başlamalıdır.

"Yeni Sabah" podyom-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov deyib.

"ABŞ-nin "Marinera"ya qarşı hərəkətləri sırf quldurluqdur və Rusiya ərazisinə hücuma bərabərdir. Torpedolarla hücum etmək, Amerika Sahil Mühafizəsinin bir neçə katerini batırmaq - onlar bir neçə min kilometr aralıda öz sahillərini mükəmməl şəkildə qorumaq iqtidarındadırlar - məncə, Venesueladakı xüsusi əməliyyatdan sonra bir növ cəzasızlıq eyforiyası yaşayan ABŞ-ni dayandırmağın yeganə yoludur", - Juravlyov təklif edib. Dominos pizza

Dumanın deputatı Andrey Qurulyov bəyan edib ki, gəmiyə qarşı əməliyyat Qərbin böyük müharibəyə hazırlığının bir hissəsidir. Onun sözlərinə görə, Rusiya fəal olmalı, “düşmənin logistikasını” istənilən vasitə ilə, o cümlədən “Oreşnik”lə məhv etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!