Deputat yoxa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Deputat yoxa çıxdı

Hadisə

02 Mart 2022 08:19 744


Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində martın 1-də şəhərin Rusiya qoşunlarına qarşı keçirilən mitinqdə şəhər şurasının deputatı Nikolay Masliy yoxa çıxıb.

Bu barədə yerli "Newsroom" nəşri Masliyin həmkarlarına istinadən məlumat yayıb.

Etirazçıların sözlərinə görə, Rusiya hərbçiləri əvvəlcə deputatı danışıq üçün kənara çağırıblar. Sonra atəş açmağa başlayıblar və tüstülü mərmi atıblar. Bundan sonra Masliyi heç kim görməyib. Dördpendirli pizza

Onun yerini tapmaq üçün edilən bütün cəhdlər uğursuz olub.

Qeyd edək ki, Kupyanskın sakinləri küçələrə çıxaraq şəhərləri tərk etməyi tələb ediblər. Sakinlər Ukraynanın bayraqlarını qaldırıb, Ukraynanın dövlət himnini oxuyub, "Kupyansk Ukraynadır" şüarını səsləndirib və Rusiya hərbçlərin maşınlarına tərəf qaçıblar. Sakinlər hadisənin videogörüntülərini sosial şəbəkələrdə yayımlayıblar. /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!