Deputatın oğluna qarşı 1 milyon dollarlıq iddia qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Deputatın oğluna qarşı 1 milyon dollarlıq iddia qaldırıldı

Kriminal

13 Mart 2020 12:42 1065


Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia qaldırıb.

"Yeni Sabah"ın “Qafqazinfo”ya istinadən məlumatına görə, A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb. O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları borcu ödəməli olduğunu bildirib.

Lakin Nəsimi rayon məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq apelyasiya şikayəti verib. İşə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq. pizza hut

Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb.

Bundan öncə mətbuatda Azər Əmiraslanovun adı bir çox qalmaqallı işlərdə hallanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!