“Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popcorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək”.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Rasim Musabəyov sosial şəbəkədə yazıb. O, bildirib ki, bu kiçik məsələ olsada, ictimaiyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir: “Bəzi muzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.
Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. Dördpendirli pizza
Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın”.
Xatırladaq ki, R. Musabəyov dünən Azneftdəki yeraltı keçiddə pop-korn satan uşağın fotosunu paylaşaraq onun elektrikdən istifadə etdiyini, vergi ödəmədiyini və şəhəri zibillədiyini yazmışdı. Bu sosial şəbəkədə etirazla qarşılanmışdı.
Elə deputatın indi təqdim etdiyimiz paylaşımı da eyni reaksiya ilə qarşılanıb və “Deputat pup-korn satan uşağa qalib gəldi” tipli ironik şərhlər yer alıb.
Telegram kanalımız