Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcək

Siyasət

20 May 2022 18:40 1027


Milli Məclisin deputatları – Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 23-nə kimi Fransanın Paris şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən xəbərə görə, Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında qurumun əvvəlki iclasının protokolu təsdiqlənəcək, insan hüquqlarının müdafiəsi vəziyyəti ilə bağlı müxtəlif məruzələr dinləniləcək, COVİD-19-un nəticələri, vaksin diskriminasiyasının qarşısının alınması və digər məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

Sonra deputatlar mayın 23-dən 25-nə kimi Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov və qrupun üzvü Erkin Qədirli Belçika parlamentində görüşlər keçirəcək. Görüşlərdə parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!