“Bu, köhnə qaydadır, illərdir tətbiq olunur. Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə)”.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Erkin Qədrili deputatlara Qurban bayramı ilə əlaqədar aylıq maaşdan əlavə 549 manat verilməsi barədə xəbərlərə münasibət bildirəkən deyib.
Deputatın sözlərinə görə, bu vəsait təkcə Qurban bayramında yox. digər bayramlarda da ödənilir. Ümumilikdə ildə 4 dəfə deputatlar maaşdan əlavə 549 manat alırlar. Toyuqlu pizza
Bura Novruz, Ramazan, Qurban bayramı və dünya Azərbaycanlılarının Həmrəylik Günü daxildir: “Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub. Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki: 1) etik saymıram; 2) reklamdan xoşum gəlmir; 3) hamıya yardım etmək imkanım yoxdur”.
Telegram kanalımız