Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

Siyasət

06 Dekabr 2019 07:33 1922


Ötən gün prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzaladı və seçki 2020-ci il fevral ayının 9-na təyin olundu.

“Yeni Sabah” xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə görə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər. 

Bu gün prezidentin sərəncəmı rəsmi mətbuatda dərc olunub və Seçki Məcəlləsinin (3, 53, 54, 146-cı maddələr) verdiyi hüquqlara görə bu gündən başlayaraq namizədlərin irəli sürülməsi mümkündür. Pepperoni pizza

Bunun üçün namizəd oilmaq istəyən şəxslər tələb olunan sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

MSK isə təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!