“Son günlərin ən məşhur sualı: Sentyabrda yeni tədris ili başlayacaqmı? Əslində, bu sual yanlışdır. Çünki qüvvədə olan qərara görə 15 sentyabrda yeni tədris ili başlayır. Baş Nazirin son qərarı ilə 30 mayda 2019-2020-ci tədris ili başa çatdı. 2020-2021-ci tədris ilinin dərslərin başlanması, hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur. Deməli, qüvvədə olan qanunvericiliyə görə, 2020-ci ilin 15 senytabrında ənənəvi formada tədris ili başlayacaq. Bunun əksini ifadə edəcək qərar hələlik yoxdur. Amma mövcud pandemiyanın tədris ilinin başlamasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır”.
Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert eyni zamanda tədris ilinin nə vaxt və necə başlaya biləcəyi ilə əlaqədar da təklif irəli sürüb: “Yeni tədris ili 1 sentyabrda başlaya bilər. Senytabr ayı yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər. Nəzərə alsaq ki, dərsliklər şagirdlərdə qalıb, bu, mümkündür. Tədrisin təşkil olunma formaları isə aşağıdakılardır:
1.Ənənəvi qaydada: Hamı əvvəlki illərdə olduğu kimi dərsə başlayır. pizza
2.Onlayn qaydada: 4 447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird dövlət tərəfindən planşet və internetlə təmin olunur, hər kəs üçün onlayn dərslər əlçatan olur.
3.Həm ənənəvi həm də onlayın qaydada:
A) Dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığını minimuma endirmək lazımdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər onlayn həyata keçirilməlidir.
B) Dərslərin müddəti də azaldılmalıdır. Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 dəqiqə dərs keçməlidirlər.
C) Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir.
D) Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır.
Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər olmalıdır. Əlbəttə ki, şagird sayı az olan məktəblərdə bu dəyişə bilər. Növbələr arası məktəb tam şəkildə dezinfeksiya olunmalı, lazımi qabaqlayıcı tədbirlər görülməlidir”.
Telegram kanalımız