Dərsliklərin çəkisinin azaldılması ilə bağlı ekspertdən təklif

saytların hazırlanması

Evə çatdırılma

Dərsliklərin çəkisinin azaldılması ilə bağlı ekspertdən təklif

Sosial

20 May 2019 15:29 1563


“Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bu olduqca müsbət bir addımdır. Çünki şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, çantanın ağır olmasına 4 amil təsir göstərir:

“ 1.Çantanın özünün çəkisi, 2.çantaya qoyulan dərsliklər, 3. çantaya valideynlər tərəfindən qoyulan qida, su ehtiyatı, 4. Köməkçi və əlavə dərs vəsaitləri, ləvazimatlar. Rəsmi olaraq I sinfin 5 kitabı var, onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm reallığı əks etdirmir”.  Pepperoni pizza

Ekspert çəkinin azaldılması yollarını da sadalayıb:

“Birincisi, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır. 

İkincisi, dərsliyin yazı şriftlərini kiçiltməklə həcminin azaldılması: bundan ümumiyyətlə, istifadə etmək olmaz. Onsuzda orta məktəblərdə təhsil alan şəgirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər. Üçüncüsü, dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi. Bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxa bilər. Hesab edirəm ki, dərsliyin çəkisinin azaldılması istiqamətində atılmalı ən zəruri addımlardan biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digəri məktəbdə qalsın. Beləliklə, şagirdlər çantalarında dərslik daşımasınlar. İkincisi dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur”.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli  bildirib ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilməsi təklif edilir. Amma təklif edilən kağızların dözümü az olduğunu vurğulayıb. Həmçinin akademik Aydın Mirzəzadənin məktəb çantalarının yüngülləşdirilməsi məqsədilə dərsliklərin tədris ili üzrə deyil, rüb üzrə hazırlanması barədə səsləndirdiyi təklifi də iqtisadi baxımdan əlverişli saymayıb.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!