Deyirlər ki, hökumət bacara bilmirsə, kənara çəkilsin - Pezeşkian

saytların hazırlanması

Evə çatdırılma

Deyirlər ki, hökumət bacara bilmirsə, kənara çəkilsin - Pezeşkian

Dünya

06 Yanvar 2026 16:36 464


"Bəzən deyirlər ki, hökumət bacara bilmirsə, kənara çəkilsin ki, başqaları da bu işi görsün. Cavabım aydındır: kim düyünü aça bildiyini iddia edirsə, biz kənara çəkilməyə hazırıq. Mən bu hazırlığı parlamentdə də bəyan etmişəm; layihəni, yeri və səlahiyyəti təhvil verəcəyik, gedib həyata keçirəcəyik". 

"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, bunu İran Prezident Məsud Pezeşkian “İslami şuraların Vəziyyəti və Xalqın Konstitusiyada iştirakı” adlı milli konfransda deyib.

O əlavə edib: "Büdcənin cəmi 2% artımı o deməkdir ki, hökumət öz xərclərini mümkün qədər sıxışdırıb. Bir tərəfdən, maaş artımı gözləntisi var, digər tərəfdən, vergilərin artmayacağı. Həm də gəlir mənbələrinin məhdud olduğu, neft satışının da sanksiyalarla üzləşdiyi bir zamanda. Belə bir şəraitdə real qərarlar qəbul etməsək, ölkəni özümüz böhrana sürükləyib sonra onun nəticələrindən şikayət edəcəyik. Pepperoni pizza

İran Prezidenti kollektiv hərəkət etmənin vacibliyini vurğulayıb: "Əgər biz bir-birimizi tənqid etməyə hazırlaşırıqsa, bu yol ikitərəfli olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!