Diaspora Paşinyandan üz çevirib? –   “O, Rusiya xüsusi xidmət orqanlarına bağlıdır”

saytların hazırlanması

Evə çatdırılma

Diaspora Paşinyandan üz çevirib? – “O, Rusiya xüsusi xidmət orqanlarına bağlıdır”

Siyasət

17 May 2022 15:15 706


Siyasi şərhçi Natiq Mirinin “Yeni Sabah”a müsahibəsi:

- Ermənistanda müxalifətin təşkil etdiyi aksiyalarında müxalifətdən sadəcə “Daşnaksutyun” iştirak edir. Digər qatı millətçi “Hnçak” və “Sasna Tsrer” partiyalarının, ümumiyyətlə, adı çəkilmir. Belə olan halda müxalifətdaxili parçalanmanın olduğunu qeyd edə bilərikmi?

- Ümumiyyətlə, söhbət “müxalif qüvvələr” deyəndə monolit bir ideologiyaya söykənən birlikdən getmir. Bilirsiniz ki, müxalif qüvvələr şəbəkələrə və dövlətlərə xidmət edən qruplardır. pizza sifarişi

Hazırda Ermənistanda etiraz aksiyalarını təşkil edən bilavasitə Rusiyaya xidmət edən “5-ci kolon”un üzvləridir. Əsas hərəkətverici qüvvə və maliyyə dəstəyi “Qarabağ klan”ından, Koçaryan və Sarkisyanın ətrafındakı siyasi güc mərkəzlərindən gəlir. Sadəcə olaraq “Daşnaksutyun” hər zaman hakimiyyət koalisiyasında iştirak edib və indi yeni sifətlə prosesə qoşulub. Artur Vanestyanın timsalında bunu görürük. O da Rusiya xüsusi xidmət orqanlarına bağlıdır.

Erməni lobbiləri də müxtəlif siyasi mərkəzlərə xidmət edir. Qərbyönümlü erməni lobbisi ilə Rusiyada fəaliyyət göstərən erməni lobbisini qətiyyən qarışdırmaq olmaz. İdeoloji yaxınlıqları olsa da, siyasi hakimiyyət məsələsində fikir haçalığı mövcuddur.

Fikir verirsinizsə, etiraz aksiyalarında vahid lider görünmür. Niyə Koçaryan və Sarkisyanın timaslında belə bir şəxs yoxdur? Çünki “Qarabağ klanı”na Ermənistanda patoloji nifrət var. Üstəlik gələcək siyasi hakimiyyət haqqında nə Koçaryan, nə də Sarkisyan arasında ümumi fikir mövcuddur. 

- Siz lobbi məsələsinə də toxundunuz. Belə çıxır ki, lobbi ilə Ermənistan hakimiyyəti arasında da fikir ayrılıqları var...

Mümkündür. Çünki Qərbyönümlü lobbi Nikol Paşinyana müəyyən dəstək versə də, sonradan Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi və Qarabağ məsələsində çox ciddi fikir ayrılıqları başlandı. Bunu Qərbdəki erməni lobbisi qəbul etmir. Çünki “erməni soyqırımı” və Qarabağ kimi süni ideologiyalar milyardlar istehsal edən bir sənayedir. Paşinyanın qismən bu ideologiya əleyhinə fəaliyyət göstərməsi, əlbəttə, lobbinin Paşinyan hökumətindən üz çevirməsinə gətirib çıxarıb.

- Yaxşı, müxalifətin və lobbinin bir qismi Paşinyanı bəyənmir, bəs kilsə?

-Kilsə ilk gündən Paşinyana antoqonist bir mövqedədir. Kilsə Paşinyan hökumətini əvvəl gündən dəstəkləmir. Çünki Paşinyan hakimiyyətə gələndən sonra onun cəmiyyət üzərindəki hegemoniyasını qəbul etmədi. Əksinə, kilsədə müəyyən islahatların getməsi yönündə bəzi uğursuz cəhdlər belə etdi. Ona görə də, kilsə getdikcə erməni cəmiyyəti üzərindəki dominantlığını və hegemoniyasını itirməkdədir. Belə olan halda onlar niyə Paşinyanı müdafiə etməlidirlər? Ancaq “Qarabağ klanı”nın dövründə belə deyildi. İndi isə fərqli tendensiyaların baş verdiyini biz görməkdəyik.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!