Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları başa çatıb.
Dövlət İmtahan Mərkəzindən “Yeni Sabah”a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılıb. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2562 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib. Dominos pizza
Saat 16.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Telegram kanalımız