DİM ev almaq istəyən məmurlara müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

DİM ev almaq istəyən məmurlara müraciət edib

Sosial

30 May 2019 15:17 952


Dövlət İmtahan Mərkəzi MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.

Mərkəzdən "Yeni Sabah"a verilən məlumata görə, mayın 30-da etibarən dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar DİM-in rəsmi səhifəsində "Şəxsi kabinet" yaratmalı və “Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

Dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini "skan" edərək sistemə yükləməli və “Müraciəti qeydə al” düyməsini sıxmalıdır.  Dominos pizza

Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!