DİN Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

DİN Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına REAKSİYA

Hadisə

13 Noyabr 2025 19:40 609


Daxili İşlər Nazirliyi (DİN) Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

Məlumata görə, qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur. pizza mizza

Qeyd edək ki, sosial şəbəkədə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!