DİN-dən polisin qətli ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən polisin qətli ilə bağlı açıqlama

Kriminal

25 Fevral 2020 13:50 1232


Daxili İşlər Nazirliyi polis əməkdaşının qardaşı tərəfindən öldürülməsi haqda açıqlama yayıb. DİN-dən "Yeni Sabah"a verilən xəbərə görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı Araz Ramazanov saxlanılıb. Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Anar Ramazanov Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşıdır.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!