DİN-dən uşaqların oğurlanması xəbərləri ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən uşaqların oğurlanması xəbərləri ilə bağlı açıqlama

Kriminal

08 Dekabr 2019 05:51 1037


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir.

“Qara Qarayev metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs Qara Qarayev metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun aşyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib. O, yağı geri qaytarıb, mağaza satıcısı da ondan şikayətçi olmayıb. Həmin şəxs də sərbəst buraxılıb”, - deyə, məlumatda qeyd edilib. Pepperoni pizza

Xatırladaq ki, sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!