DİN Mingəçevirdəki silahlı insidentlə bağlı məlumat yaydı - Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

DİN Mingəçevirdəki silahlı insidentlə bağlı məlumat yaydı - Saxlanılan var

Hadisə

21 Yanvar 2020 07:28 961


Mingəçevir Şəhər Polis Şöbəsinə  şəhər sakini Ziyad Mirzəyevin güllə yarası alması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, Şəhər Polis Şöbəsi və Prokurorluğunun birgə keçirdikləri istintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Mirzəyevə atəş açan şəxsin tanışı, Ağdam rayon sakini Elsevər Quliyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. E.Quliyevin Z.Mirzəyevə aralarında yaranmış şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açması müəyyən olunub.

Faktla bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!