DİN: Yollar qar və buzdan təmizlənir

saytların hazırlanması

Evə çatdırılma

DİN: Yollar qar və buzdan təmizlənir

Sosial

02 Yanvar 2026 14:08 364


Digər dövlət orqanları ilə birgə yollar, eləcə də yol nişanları qar və buzdan təmizlənir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür: pizza

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib. Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə ərazilərə qum və duz səpilir. Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər göstərilir.

Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları fasiləsiz xidmət aparır:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!