“Diqlas” rəhbərliyindən açıqlama: “...Sökülüb, yenidən tikiləcək”

saytların hazırlanması

Evə çatdırılma

“Diqlas” rəhbərliyindən açıqlama: “...Sökülüb, yenidən tikiləcək”

Sosial

29 Mart 2019 14:12 880


Martın 26-da “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 381 zərərçəkən müəyyənləşib.

Bunu  “Dilqas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov son vəziyyətlə bağlı danışarkən bildirib.

A.Rəhimovun sözlərinə görə, sahibkarlara dəyən zərər yaradılmış Komissiya tərəfindən müəyyən olunacaq: “Orada çalışan hər kəs bir-birini tanıyır və təxminən kimin hansı maliyyəyə sahib olması məlumdur. İdarəçilər də bu barədə məlumatlıdırlar. 3 manat aşağı, 5 manat yuxarı, hamısı dəqiqliklə müəyyənləşdiriləcək”. Toyuqlu pizza

Direktor müavini ticarət mərkəzinin sökülərək yenidən tikilməsi məsələsinə də aydınlıq gətirib: “Fövqəladə Hallar Nazirliyi yerində araşdırma aparacaq və onların rəyindən sonra binanın nə qədər dayanıqlı olması müəyyənləşəcək. Dayanıqlılıq normalara uyğundursa, təmir olunacaq. Yox, normalara uyğun olmayacaqsa, sökülərək, yenidən tikiləcək”.

A.Rəhimov həmçinin qeyd edib ki, sahibkarların müxtəlif ticarət mərkəzlərində yerləşdirilməsi üçün işlər gedir: “Biz bunun üçün çalışırıq. Bildiyiniz kimi, ilkin olaraq sahibkarlara maddi dəstək olunmalıdır ki, onlar mal ala bilsinlər. Vəsait əldə edildikdən sonra onların müxtəlif yerlərdə yerləşdirilməsinə başlanacaq”.

Direktor müavini vəsaitin zərərçəkənlərə ödənilməsi prosesinə Komissiyanın rəyindən sonra başlanacağını deyib.

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!