"Diqlas" Ticarət Mərkəzində malları yanan sahibkarlara dövlət tərəfindən kompensasiya veriləcək.
Bunu bu gün Prezident Administrasiyasında sahibkarlarla görüşən PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib. PA rəsmisi vətəndaşları təxribatlara uymamağa çağırıb:
“Dəymiş ziyan dəqiqliklə hesablanacaq və hər birinizə ödənişlər ediləcək. Bu, cənab Prezidentin şəxsi təşəbbüsü və qayğısıdır. Sonrakı etaplarda hadisədə günahı olan sahibkarlar hüquqi müstəvidə cavab verəcəklər. Bunun sizin üçün elə bir əhəmiyyəti yoxdur. Sizin üçün maraqlı olan odur ki, dəymiş ziyan ödəniləcək. Bir daha hamınızı səbrə dəvət edirəm. Şükürlər olsun ki, ölüm-itim yoxdur. Bir xahişim də ondan ibarətdir ki, təxribatlara uymayın. Bizi sevən-sevməyən müəyyən qüvvələr var ki, sizin vəziyyətinizdən sui-istifadə etməyə çalışacaq. Çalışın buna yol verməyin. Sizin başınıza gələn bəla özünüzə bəsdir, kimlərəsə bundan öz məqsədi üçün istifadə etməyə imkan verməyin. Hamınıza cənab Prezidentin salamlarını və tapşırıqlarını çatdırdım. Sadəcə səbrli olun, heç bir təxribata uymayın. Hər birinizin haqqı müdafiə olunacaq. Bundan əmin ola bilərsiniz. Hesab edirəm ki, diskussiya açmaq mənasızdır”. pizza sifarişi
Telegram kanalımız