Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində tüstülənmə başlayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışır.
“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - deyə, yanğınsöndürənlərdən biri bildirib. Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var. pizza
Xatırladaq ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın ötən gün saat 8 radələrində başlayıb. Yanğının qarşısını bir neçə saatdan sonra almaq mümkün olub. Alovla mübarizəyə helikopterlər də cəlb edilib.
Hadisə nəticəsində "Diqlas" ticarət mərkəzi tamamilə yararsız hala düşüb. İlkin məlumata görə, mərkəzdə minə yaxın mağaza yanıb. Nəticədə sahibkarlara bir neçə yüz milyon manat ziyan dəyib.
Report
Telegram kanalımız