“Diqlas”ın ortaya çıxardığı 5 acı həqiqət...

saytların hazırlanması

Evə çatdırılma

“Diqlas”ın ortaya çıxardığı 5 acı həqiqət...

Siyasət

28 Mart 2019 11:43 2914


“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın hələ uzun müddət gündəmdə olacaq. Mərkəzdə bütün əmlakı yanan insanların dünəndən başlayan etirazları bu gün də davam edəcək. 

Amma onlara kompensasiyanın verilib verilməməsindən əlavə bu hadisə bir sıra mövzuları yenidən gündəmə gətirdi. “Yeni Sabah” xəbər verir ki, iqtisadçı Qubad İbadoğlunun fikrincə yanğın ölkədə ən azı aşağıdakı 5 həqiqəti aşkara çıxardı.

- Məlum oldu ki, vergi qanunvericiliyinə yeni dəyişikliklər yanvarın 1-dən tətbiqə başlasa da hələ də mühsibat uçotu və hesabatları köhnə qayda ilə aparılır. İcarədarla icarəçi arasında müqavilələr formal xarakter daşıyır. İcarədarların ödədikləri vəsait rəsmiləşdirilmir.  Dördpendirli pizza

- Bəlli oldu ki, gəlirli obyektlər siyasi hakimiyyətdə yüksək vəzifəsi olmuş və ya olan şəxslərə məxsusdur. Onlar üçün isə nəinki qanun, hətta qaydaların belə aliliyi yoxdur. Onları yalnız qazancları və onu necə artırmaq yolları düşündürür. 

- Bu hadisə göstərdi ki, aidyyatı orqanlar hətta bu miqyasda yanğının söndürülməsində acizdirlər. Xüsusilə də mülki geyimli şəxslərin (işçi və ya kənar şəxs olmasına baxmayaraq) yanğın söndürmə işinə cəlbi bu sahədə idarəçilik probleminin mövcudluğunu üzə çıxartdı. 

- Yanğın söndürmə işinin təşkili göstərdi ki, bunun üçün əvvəlcədən yaradılmış infrastrukturun mövcud olmaması bu şəraitdə göstərilən səyləri səmərsiz edir. 

- Bəlli oldu ki, yanğından mühafizə qaydalarına və təlimatlarına əməl olunmamasından, əmlakın sığortalanmamasından ən çox ziyanı xırda və fərdi sahibkarlar çəkir. Onların hüquq və mənafelərini qoruyan sahibkarlıq birliklərinin, eləcə də məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməməsi bu problemin həllinin nə ictimai və nə də hüquqi müstəvidə mümkün olmayacağını deməyə əsas verir. Odur ki, xırda və fərdi sahibkarlara dəymiş zərərin kompensasiya olunacağı ehtimalı çox azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!