“Diqlas”ın söküntüsü 2 ay davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Diqlas”ın söküntüsü 2 ay davam edəcək

Sosial

22 May 2019 10:09 925


Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzində artıq söküntü işlərinə başlanılıb.

Bu barədə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, artıq üç gündür ki, söküntü işlərinə başlanılıb:

"Həmin ərazidə iş getdiyi üçün təhlükəsizlik baxımından "Diqlas"ın ətrafı hasara alınıb. Hazırda söküntü yerinə bir neçə ağır texnika, ərazidən çıxarılan tullantı materialların daşınması üçün yük avtomobilləri də cəlb olunublar". pizza hut

İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərkəzi ağır metal konstruksiyadan tikildiyi üçün söküntü işləri tez bir zamanda bitməyəcək: "Orada ən azı 1-2 aylıq iş var".

 Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!