Diqqət! Düşmən din xadimləri adından təxribat xarakterli səs yayır   - AUDİO

saytların hazırlanması

Evə çatdırılma

Diqqət! Düşmən din xadimləri adından təxribat xarakterli səs yayır - AUDİO

Hadisə

09 Oktyabr 2020 19:40 2261


Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan növbəti təxribata əl atıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmən bu dəfə vətəndaşlarımızın mobil və stasionar telefonlarına saxta nömrələrdən din xadimləri adından Azərbaycan dilində səs yazıları göndərərək çağırışlar edir. Cəbhədə məğlub olan və geri çəkilmək məcburiyyətində qalan Ermənistanın məqsədi təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Marqarita pizza

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. 

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!