Diqqətlər derbidə – “Qalatasaray” “Fənərbaxça”ya qarşı 

saytların hazırlanması

Evə çatdırılma

Diqqətlər derbidə – “Qalatasaray” “Fənərbaxça”ya qarşı 

İdman

28 Sentyabr 2019 10:39 988


Bu gün Türkiyədə İstanbul derbisi baş tutacaq.

“Yeni Sabah” xəbər verir ki, Super Liqanın 6-cı turunun ikinci oyun günündə əzəzli rəqiblər - “Qalatasaray” və “Fənərbaxça” qarşılaşacaq. Bakı vaxtı ilə 21:00-da start götürəcək matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək. Oyun “aslanlar”ın meydanında - “Türk Telekom” stadionunda keçiriləcək. 

Maraq üçün bildirək ki, bu komandalarn arasında son görüş “Fənərbaxça”nın dogma meydanında olub və matç 1:1 hesablı bərabərliklə başa çatıb.  Pepperoni pizza

Qeyd edək ki, cari mövsüm çempionatda 5 oyundan sonra “Fənərbaxça” 10 xalla 2-ci, “Qalatasaray” isə 8 xalla 7-ci pillədə qərarlaşıb. “Alanyaspor” isə 13 xalla turnir cədvəlinə liderlik edir.

Onu da əlavə edək ki, hər iki komandanın Azərbaycanda böyük azarkeş kütləsi var. Onlar bu derbi qarşılaşmasını böyük həyəcanla gözləyirlər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!