Fevralın 28-də Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktor müavinləri və müəllimləri üçün keçirilən təlimlərdə uğur qazanan müdavimlərlə müsahibələrə başlanılıb.
“Yeni Sabah” xəbər verir ki, təlim iştirakçıları təhsili idarəetmənin hüquqi əsasları, statistika və təhlil, təhsildə keyfiyyətin, maliyyənin idarəolunması və digər mövzular üzrə bilik, bacarıqlarını artırmaq imkanı əldə ediblər.
Təlimlərdə iştirak etmiş müdavimlərin yekun qiymətləndirilməsinin nəticələrinə əsasən, keçid balını toplamış 27 nəfər növbəti mərhələdə – müsahibədə iştirak etmək hüququ qazanıb. pizza mizza
Martın 1-dək davam edən müsahibədə uğur qazanmış şəxslər Bakı şəhəri üzrə vakant direktor vəzifələrinə namizəd kimi müəyyənləşəcəklər.
Telegram kanalımız