Dişlərdə ağrı ölümcül xəstəliyin əlaməti ola bilər -   Mütəxəssis rəyi

saytların hazırlanması

Evə çatdırılma

Dişlərdə ağrı ölümcül xəstəliyin əlaməti ola bilər - Mütəxəssis rəyi

Sağlamlıq

07 Aprel 2021 11:11 856


Rusiya Səhiyyə Nazirliyinin baş stomatoloqu Oleq Yanuşeviç "Moskva 24" telekanalına müsahibəsində dişlərdə ağrının hansı xəstəliklərin əlaməti ola bilməsindən danışıb.

Yenisabah.az-ın məlumatına görə, mütəxəssis üst çənə dişlərində ağrının onkoloji xəstəliklərlə bağlı ola bilməsindən bəhs edib.

"Onlar bəzən maksiller sinusda meydana gəlir. Şiş prosesi inkişaf edir və bu, dişlərdəki hisslərə də təsir edə bilər", - Yanuşeviç deyib. Sezar pizza

Bundan başqa, stomatoloqun sözlərinə görə, dişlər qaymoritin də əlaməti ola bilər.

"Bu ona görədir ki, dişlər çənə sinuslarına çox yaxın yerləşir. Sinüzit (qaymorit) baş verərsə, bu, dişlərdə ağrılara səbəb ola bilər", - mütəxəssis əlavə edib.

Həkim əlavə edib ki, hava və atmosfer təzyiqi dəyişiklikləri, həmçinin temperatur anomaliyaları heç vaxt diş hislərinə təsir etməməlidir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!