Dollar sürətli yüksəlişə keçdi –   Gözlər məzənnədə

saytların hazırlanması

Evə çatdırılma

Dollar sürətli yüksəlişə keçdi – Gözlər məzənnədə

İqtisadiyyat

31 Yanvar 2025 12:29 882


Türkiyədə dolların sürətli yüksəlişi davam edir.

Yenisabah.az xəbər verir ki, valyuta həftənin son iş gününə 35,86 TL səviyyəsindən başlayaraq sürətli artım nümayiş etdirib. Bu arada, Türkiyə Mərkəzi Bankının (TCMB) ehtiyatları 24 yanvar həftəsində əvvəlki həftəyə nisbətən 4 milyard 257 milyon dollar artaraq 167 milyard 560 milyon dollara çatıb.

İqtisadçılar bazar ertəsi açıqlanacaq yanvar ayı inflyasiya rəqəmlərinin 4,29% artım göstərəcəyini təxmin edirlər. Proqnozların yüksək inflyasiyaya işarə etdiyi bildirilir. Dördpendirli pizza

Bundan əlavə, bu gün xarici ticarət göstəriciləri açıqlanacaq. Eyni zamanda, ABŞ-da Donald Trampın siyasətlərinin qlobal bazarlara təsiri də diqqətlə izlənilir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!