Dolların kursu dəyişir – Manatın məzənnəsi belə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Dolların kursu dəyişir – Manatın məzənnəsi belə olacaq

İqtisadiyyat

06 Dekabr 2024 09:22 43196


Hazırda dünya siyasətində aktivlik müşahidə olunur. Fərqli regionlarda münaqişələr alovlanıb. Bu isə istər-istəməz dolların kursu, neft-qaz qiymətlərinə təsirsiz ötüşmür.

 Neftin, qazın, xarici valyutanın yaxın vaxtlarda dünya bazarında mövqeyi necə olacaq?

 “Yeni Sabah” xəbər verir ki, globalinfo.az-a danışan deputat, iqtisadçı Vüqar Bayramov deyib ki, bütövlükdə dünya bazarında volatillik müşahidə olunur. pizza

 O bildirib ki, hazırda "Brent" markalı neftin bir barreli 74 dollara təklif olunur:

 "Yəni praktiki olaraq mövcud qiymət Azərbaycan üçün məqbul hesab oluna bilər. Amma 2025-ci il üçün fərqli proqnozlar var. Son proqnozlara əsasən, 2025-ci ildə neftin bir barreli 70 dollardan aşağı düşəcək. Əvvəlki proqnozlarda 70-80 dollar göstərilirdi, amma siyasi qərarlar qiymətlərə təsir etdi. OPEC+ öhdəliklərə riayət edib neft hasilatını artırmasa, qiymətlərdə ciddi dəyişiklik olmayacaq".

 İqtisadçı qeyd edib ki, dolların kursunda xarici valyutalara nisbətən məzənnədə artım müşahidə edilir:

 "Dolların məzənnəsinin səbət valyutalara nəzərən artması gələn il də müşahidə ediləcək.

 Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olacaq. Neft qiymətlərində də dəyişiklik olmasa, manatla bağlı risk olmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elşad
    Yenisabaha yaraşmayan və hörmətsiz saytlara aid olan xəbər başlığı ilə paylaşım etməyiniz sizi də hörmətdən salır.
    1 year ago
  • Haller
    ...32 ile yaxindir ki, umidiniz hele de neftedir...bele iqtisadiyyatmi olar deyecem, amma memurlarin yalniz oz ailelerini dusunen olkede olar!!!...
    1 year ago
  • Samir
    Hanı bəs məzənnə? Nə yalançı saytsız
    1 year ago