Donald Tramp İranı bombalamaq üçün yeni planları araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Donald Tramp İranı bombalamaq üçün yeni planları araşdırır

Dünya

29 Yanvar 2026 08:56 365


ABŞ Prezidenti Donald Tramp İrana mümkün zərbələrin endirilməsi ilə bağlı yeni planları araşdırır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə CNN televiziyasına məlumatlı mənbələr bildirib.

Məlumata görə, ABŞ prezidenti etiraz aksiyalarının iştirakçılarının öldürülməsinə görə məsuliyyət daşıdığı iddia edilən İranın siyasi və təhlükəsizlik rəhbərliyinə qarşı aviazərbələrin endirilməsi imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Trampın gündəmində İranın nüvə obyektlərinə və hökumət qurumlarına zərbələrin vurulması variantı da var. pizza hut

Qeyd olunub ki, Birləşmiş Ştatlar lideri hələlik yekun qərar qəbul etməyib. Bununla belə, Yaxın Şərq regionuna aviadaşıyıcı zərbə qrupunun yerləşdirilməsindən sonra ABŞ prezidentinin əlində daha geniş seçim imkanlarının yarandığı bildirilir.

Bildirilib ki, D.Tramp bu variantları Vaşinqton və Tehran arasında İranın nüvə və raket proqramlarının məhdudlaşdırılması ilə bağlı aparılan ilkin danışıqların nəticəsiz qalmasından sonra nəzərdən keçirməyə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!