“Doqquz barmaq Adil” saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Doqquz barmaq Adil” saxlanıldı - Foto

Kriminal

06 Fevral 2020 11:53 2277


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, BŞBP-nin Mətbuat Xidmətindən verilən məlumata görə, şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunaraq götürülüb, tərəfimizdən zərərçəkmişə qaytarılması təmin olunacaqdır.

Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur, “Doqquz barmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, bizi məlumatlanıdmağı tövsiyə edirik. pizza

Faktla araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq əməlinə məruz qalan, tanınmış jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!