Dövlət büdcəsi ilə tikilən Xizək Mərkəzi Vasif Talıbovun oğlunun şəxsi obyektidir

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsi ilə tikilən Xizək Mərkəzi Vasif Talıbovun oğlunun şəxsi obyektidir

Rəsmi

19 Fevral 2021 13:42 3693


Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi obyektidir. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli üzə çıxarıb. Belə ki, 2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu Nəxşicahan Holdinq LTD şirkətlər qrupunun “Ağbulaq istirahət mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. 

Seymur Talıbovun 35 yaşı var, sahibi olduğu tək “Nəxşicahan” qrupuna 35-dən artıq şirkət daxildir: “Muxtar Respublikadakı az qala bütün otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikaları bu qrupa daxildir”.  Dördpendirli pizza

Seymur Talıbov eyni zamanda Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!