Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik

Siyasət

04 Dekabr 2025 10:29 377


Həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) və Ermənistanla Azərbaycan arasında davamlı sülhün açdığı yeni imkanlarda maraqlıdır.

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat ofisi Azərbaycanın Mərkəzi Asiya ölkələri-ABŞ əməkdaşlığı formatında (C5+1) iştirakı imkanları ilə bağlı bildirilib.

Açıqlamada bu yaxınlarda C5+1 regional diplomatik platformasının 10 illik yubileyinin qeyd olunduğu vurğulanıb. Dominos pizza

“Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistan ilə Azərbaycanın regional əməkdaşlıq, rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik”, - deyə açıqlamada qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!