Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirildi

Sosial

09 Fevral 2025 16:08 239


Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Pepperoni pizza

Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 207 namizəd iştirak edib

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.

Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!